Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Faşizm üzərində qələbənin 70 illiyi ilə bağlı tədbir keçirilib
26.04.2015 00:00
  • A-
  • A
  • A+

Faşizm üzərində qələbənin 70 illiyi ilə bağlı tədbir keçirilib

AMEA Əlyazmalar İnstitutunda faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuş yığıncaq keçirilib.

Tədbirdə institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov bildirib ki, sovet dövründə təntənə ilə qeyd edilən bir sıra ildönümlər, yubileylər müstəqillik dövründə artıq əhəmiyyətini itirib, lakin faşizm üzərində qələbəni Azərbaycanda mütləq yad etmək lazımdır. Bu qələbədə Azərbaycan xalqının, Bakı neftinin rolu əvəzsizdir. Bu müharibədə Azərbaycan xalqı böyük itkilər verib. Bəşəriyyətin faşizmdən qurtulmasında ölkəmizin özünəməxsus rolu olub.

İnstitut direktorunun elmi işlər üzrə müavini, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli bildirib ki, müstəqillik dövründə İkinci Dünya müharibəsi veteranlarına layiq olduqları hörmət və ehtiramın bərpa edilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidməti olub.

Tədbirdə “Müharibə dəhşətləri şəxsi arxiv materialları əsasında”, “Böyük Vətən müharibəsi illərində Azərbaycan bədii ədəbiyyatında müharibə və vətənpərvərlik mövzusu” və “Böyük Vətən müharibəsində qələbənin əldə olunmasında Bakı neftinin rolu” mövzularında məruzələr dinlənilib.

Tədqiqatçı, polkovnik-leytenant Şəmistan Nəzirli İkinci Dünya müharibəsində böyük qəhrəmanlıq göstərmiş, lakin həmin dövrdə layiqli mükafatını ala bilməmiş Azərbaycan oğulları barədə maraqlı məlumatlar verib.

AMEA-nın Rəyasət Heyətinin I Xüsusi şöbəsinin rəisi, arxa cəbhə veteranı Cabbar Bəylərov Azərbaycan xalqının arxa cəbhədəki fəaliyyəti barədə xatirələrini danışıb.

<i>© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.</i>

 

  • Paylaş: