www.science.az
19.04.2015 00:00

AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin rəisi Ukraynada keçirilmiş beynəlxalq konfransda iştirak edib

AMEA Rəyasət Heyəti Aparatının İnnovasiya şöbəsinin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilmiş “Mərkəzi və Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində üzvi sektorların inkişafı” mövzusunda V Beynəlxalq konfransda iştirak edib.

V.Babayev tədbirin “Üzvi fermer təsərrüfatının dayanıqlılığa və iqtisadi inkişafa töhfələri” adlı sessiyasına moderator kimi sədrlik etmiş, “Üzvi kənd təsərrüfatı və yaşıl iqrisadiyyat“ mövzusunda olan sessiyada isə “Azərbaycanda üzvi kənd təsərrüfatı hərəkatı yaşıl iqtisadiyyat strategiyasının əsas komponenti kimi” mövzusunda məruzə ilə çıxış edib.

Azərbaycanlı alimin məruzəsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

<i>© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.</i>