www.science.az
22.04.2015 00:00

Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Mayın 1-də saat 10:00-da AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda görkəmli ictimai-siyasi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və Azərbaycan Respublikası Konstitusiyasının 20 illiyinə həsr edilmiş “Hüquqi, demokratik dövlət: nəzəriyyə və təcrübənin aktual problemləri” mövzusunda III Beynəlxalq elmi konfrans keçiriləcək.

Tədbirdə Milli Məclisin, Konstitusiya Məhkəməsinin, İnsan Hüquqları üzrə Müvəkkilliyin nümayəndələri, ölkəmizin elm və təhsil qurumlarının tanınmış alimləri ilə yanaşı, Türkiyə, Almaniya, Rusiya və digər ölkələrin görkəmli alimlərinin məruzələri dinləniləcək.

<i>© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.</i>