www.science.az
22.04.2015 00:00

“Genetik modifikasiya olunmuş məhsulların hüquqi tənzimlənməsi və risklərin qiymətləndirilməsi” mövzusunda beynəlxalq tədbir keçiriləcək

Aprelin 27-də saat 09:00-da “Excelsior Hotel Baku” otelində AMEA-nın İnsan Hüquqları İnstitutu və Avropa İttifaqının birgə əməkdaşlığı ilə “Genetik modifikasiya olunmuş məhsulların hüquqi tənzimlənməsi və risklərin qiymətləndirilməsi” mövzusunda beynəlxalq tədbir keçiriləcək.

Tədbirdə xarici ekspertlərlə yanaşı, Milli Məclisin deputatları, AR Ədliyyə, İqtisadiyyat və Sənaye və Kənd Təsərrüfatı nazirlikləri, Dövlət Gömrük Komitəsi, Azad İstehlakçılar Birliyi, Bakı Dövlət Universitetinin, eləcə də digər nazirlik və komitələrin nümayəndələri, alimlər və KİV nümayəndələri iştirak edəcəklər.

<i>© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.</i>