www.science.az
22.04.2015 00:00

“Hüquqi, demokratik dövlət: nəzəriyyə və təcrübənin aktual problemləri” mövzusunda III Beynəlxalq elmi konfrans keçiriləcək

Mayın 1-də saat 10:00-da AMEA Fəlsəfə və Hüquq İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və Azərbaycan Respublikası Konstitusiyasının 20 illiyinə həsr olunmuş “Hüquqi, demokratik dövlət: nəzəriyyə və təcrübənin aktual problemləri” mövzusunda III Beynəlxalq elmi konfrans keçiriləcək.

Konfransda azərbaycanlı alimlərlə yanaşı, Türkiyənin Qazi, Məlikşah universitetləri, Ankara Strateji İnstitutu, Rusiya Federasiyasının O.E.Kutafin adına Moskva Dövlət Hüquq İnstitutu, Kriminalist və Kriminoloqların Beynəlxalq İttiffaqının nümayəndələrinin də iştirakı gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.