Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycanda ötən il aparılan arxeoloji tədqiqatların yekunlarına dair elmi sessiya keçirilib
24.04.2015 00:00
  • A-
  • A
  • A+

Azərbaycanda ötən il aparılan arxeoloji tədqiqatların yekunlarına dair elmi sessiya keçirilib

AMEA Ədəbiyyat İnstitutunun Elektron akt zalında ölkəmizdə 2014-cü ildə aparılmış arxeoloji və etnoqrafik tədqiqatların yekunlarına həsr olunmuş elmi sessiya keçirilib.

Elmi sessiyada AMEA-nın vitse-prezidenti,Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli tədbirin əhəmiyyətindən danışıb, onun işinə uğurlar arzulayıb.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova rəhbərlik etdiyi elm müəssisəsinin ötən il gördüyü işlərə dair hesabatını təqdim edib. Bildirib ki, son illər arxeologiya və etnoqrafiya elmlərinə dövlət qayğısı qədim tariximizin bu günədək qaranlıq qalan bir çox səhifələrinin işıqlandırılmasına imkan verib. Prezident İlham Əliyev 2014-cü ildə Qəbələ rayonunda səfərdə olarkən arxeoloji ekspedisiyaların apardığı qazıntı işləri və əldə olunan maddi-mədəniyyət nümunələri ilə yaxından tanış olub, Arxeologiya və Etnoqrafiya İnstitutunun fəaliyyətini yüksək qiymətləndirərək, kollektiv qarşısında yeni vəzifələr qoyub. Buna uyğun olaraq, institut ötən ildə elmi tədqiqat və elmi təşkilati işlərini davam etdirib. Abşeron, Salyan, Qəbələ, Quba, Xaçmaz, Şabran, Qax, Şəki, Ağcabədi, Ağdam, Füzuli, Oğuz, Cəlilabad, Şamaxı, Ağsu, Gəncə, Goranboy, Tovuz, Ağstafa, Şəmkir, Şərur, Babək, Ordubad, Bərdə, Gədəbəy, İsmayıllı, Lerik və digər rayonlarda geniş və irimiqyaslı arxeoloji qazıntı işləri aparılıb, Bərdə və Gədəbəy rayonlarına, Quba-Xınalıq, İsmayıllı-Qəbələ, Lənkəran-Astara bölgələrinə etnoqrafik səfərlər təşkil edilib.M. Rəhimova qeyd edib ki, ötən ilin noyabrında AMEA-da keçirilmiş Bakı Elm Festivalında Arxeologiya və Etnoqrafiya İnstitutu da təmsil olunub. Burada son illər Azərbaycan ərazisində aşkar edilmiş maddi-mədəniyyət nümunələri sərgilənib və etnoqrafik guşə yaradılıb. İnstitut əməkdaşlarının ötən ildə beynəlxalq ekspedisiyalarda iştirak etdiyini deyən direktor diqqətə çatdırıb ki, il ərzində bir çox bölgələrdə Yaponiya, Fransa, Almaniya, Koreya Respublikası və ABŞ mütəxəssisləri ilə birgə ekspedisiyalar təşkil olunub.M.Rəhimova əməkdaşların bundan sonra da qədim tariximizin tədqiqi istiqamətində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün əzmlə çalışacaqlarına inamını ifadə edib. Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdirləri - akademik Teymur Bünyadov və AMEA-nın müxbir üzvü İlyas Babayev bu elm müəssisəsinin ötən il apardığı arxeoloji tədqiqat işlərini müsbət dəyərləndiriblər.

Tədbir “Arxeologiya” və “Etnoqrafiya” bölmələri üzrə davam etdirilib. Bölmə iclaslarında alimlərin 50-dən çox elmi məruzəsi dinlənilib, müzakirələr aparılıb.

<i>© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.</i>

  • Paylaş: