www.science.az
16.04.2015 00:00

“XX yüzil Azərbaycan ədəbiyyatı: mərhələlər, istiqamətlər, problemlər” adlı monoqrafiya işıq üzü görüb

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi katibi, ədəbiyyatşünas alim, filologiya üzrə elmlər doktoru, professor Bədirxan Əhmədovun “XX yüzil Azərbaycan ədəbiyyatı: mərhələlər, istiqamətlər, problemlər” monoqrafiyası “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

Nəşrdə XX yüzil ədəbiyyatının mərhələ və problemləri təhlil edilir. Tədqiqatda Azərbaycan ədəbiyyatının milli hərəkat dövrü və onun realizm, romantizm, maarifçi realizm, Cümhuriyyət ədəbiyyatı, sosrealizm və 60-cı illər mərhələləri, ədəbi prosesin xarakteri, nəsr, peziya, dramaturgiyanın inkişaf yolları, eləcə də repressiyanın genezisi, mühacirət və legion ədəbiyyatı və s. problemlər çağdaş meyarlarla araşdırma obyekti olur.

Monoqrafiyada yüzilin ədəbi prosesinə, mərhələ və problem təsnifatına elmi, nəzəri, konseptual baxış ifadə olunur.

Nəşrin elmi redaktoru AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.