www.science.az
03.03.2015 00:00

Gələcək kompyuterlər insanlar kimi düşüncələrini ifadə edə biləcək

Gələcəkdə insanlar kompyuter və robotlarla dostları kimi ünsiyyət qura biləcəklər. ABŞ ordusu üçün yeni texnologiyalar hazırlayan Qabaqcıl Müdafiə Layihələri Agentliyinin proqramı əsasında alimlər insanlarla kompyuterlər arasındakı sərhədi aradan qaldırmaq niyyətindədirlər. Belə ki, Kompyuterlərlə Ünsiyyət adlanan bu proqram kompyuterlərə insan kimi düşüncələrini ifadə etmək, danışmaq, üz mimikləri və hərəkətlər etmək imkanı yaradacaq. Bu proqramın digər üstün cəhəti də gələcəkdə xərçəng xəstəliyinin kompyuter vasitəsilə modelləşdirilməsini həyata keçirməkdir.

www.news.discovery.com