Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Tarix Problemləri üzrə Elmi Şurasının ilk iclası keçirilib
02.03.2015 00:00
  • A-
  • A
  • A+

Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Tarix Problemləri üzrə Elmi Şurasının ilk iclası keçirilib

Məlum olduğu kimi, AMEA Rəyasət Heyətinin 19 noyabr 2014-cü il tarixli qərarı ilə Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının, o cümlədən Tarix Problemləri üzrə Elmi Şuranın yeni tərkibi təsdiq edilmişdir. Şuranın yeni tərkibi tarix, arxeologiya, etnoqrafiya və digər müvafiq elm sahələrini təmsil edən tanınmış alim və mütəxəssislərdən təşkil olunmuşdur.

Fevralın 27-də Tarix Problemləri üzrə Elmi Şuranın ilk iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan Şuranın sədri, AMEA-nın müxbir üzvü Şahin Mustafayev Azərbaycan dövlətinin elm siyasətinin başlıca istiqamətlərini, həmçinin son zamanlar akademiya sistemində aparılan ciddi islahatları, struktur dəyişikliklərini diqqət mərkəzinə çəkib. Eyni zamanda Şura üzvlərini Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının təsdiq etdiyi və müxtəlif elm sahələrində yaradılmış Problem Şuralarının işini tənzimləyən Əsasnamənin başlıca müddəaları ilə tanış edib.

Tarix Problemləri üzrə Elmi Şuranın geniş səlahiyyətlərə malik olduğunu söyləyən Ş.Mustafayev Şura üzvlərinin qarşısında, ilk növbədə, tarix, arxeologiya, etnoqrafiya, etnologiya, beynəlxalq münasibətlər və s. elm sahələrində tədqiqatların prioritet istiqamətlərini, mövzularını müəyyənləşdirmək və respublikanın elmi-tədqiqat və ali təhsil müəssisələrində bu istiqamətlər üzrə araşdırmaların aparılmasını təmin etmək kimi mühüm vəzifələrin durduğunu diqqətə çatdırıb. Bu vəzifələrin öhdəsindən uğurla gəlmək üçün qısa və uzunmüddətli Fəaliyyət planının hazırlanmasının zəruriliyi qeyd edilib.

Tədbirdə elm sahələri üzrə elektron məlumat bazasının yaradılması, mühüm istiqamətlər və tədqiqata ehtiyacı olan mövzuların müəyyənləşdirilməsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təklif və tövsiyyələr səsləndirilib.

İclasda, həmçinin arxeologiya, vətən tarixi, ümumi tarix, etnoqrafiya və etnologiya, tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları kimi ixtisaslar üzrə təqdim olunmuş dissertasiya mövzuları müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: