www.science.az
27.02.2015 00:00

Professor Qara Məşədiyev “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif olunub

AMEA Dilçilik İnstitutunun əməkdaşı, professor Qara Məşədiyev “Avropa Nəşr Mətbu Evi” mükafat komissiyasının qərarı ilə “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” Qızıl medalı ilə təltif olunub. Alim bu mükafata Azərbaycan toponimləri Ensiklopedik lüğətinin hazırlanması sahəsində apardığı uğurlu tədqiqatlarına, çoxsaylı elmi-publisistik kitablarına, ölkədə dilçilik elminin inkişaf tarixində göstərdiyi xidmətlərinə görə layiq görülüb.

Qeyd edək ki, Q.Məşədiyev, həmçinin Milli Məclis yanında Toponomiya Komissiyasının üzvüdür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.