Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Botanika İnstitutunun doktorantı Almaniyada“Xocalı soyqırımı”na həsr olunmuş silsilə tədbirlərdə fəal iştirak edib
27.02.2015 00:00
  • A-
  • A
  • A+

AMEA Botanika İnstitutunun doktorantı Almaniyada“Xocalı soyqırımı”na həsr olunmuş silsilə tədbirlərdə fəal iştirak edib

Azərbaycan Respublikası Prezidentinin AMEA-nın gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorluq dissertasiyaları üzrə tədqiqatlarının dəstəklənməsi haqqında Sərəncamı əsasında Almaniyada təhsilini davam etdirən AMEA Botanika İnstitutunun gənc doktorantı Tural Qasımov Berlin Türk evində və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (KAD ) keçirilən “Xocalı soyqırımı”na həsr olunmuş tədbirlərdə fəal iştirak edib. Onun Xocalı hadisələrinə həsr etdiyi məruzəsi və şeiri iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, tədbirlərdə millət vəkili Qənirə Paşayeva, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, İstanbul Universitetinin Öğretim Üyesi Dr. Mehmet Perinçek, Xocalı şahidi və yazar Səriyyə Cəfərova və digər hökumət və qeyri-hökümət təşkilatları, Azərbaycan diasporasının nümayəndələri, həmçinin Alman ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: