www.science.az
26.02.2015 00:00

İşıq altında yetişən robotlaşdırılmış bitkilər

Bəzi bitkilər kölgəyə, bəziləri isə günəş enerjisinə meyillidirlər. Torpaqda bitdiyinə görə bu bitkilər Yer kürəsinin şıltaqlıqlarına dözməli olurlar. Purdue Universitetindən olan iki rəssam-tədqiqatçı göstərir ki, bitkilər optimal işıqlandırma şəraitində qurğu vasitəsilə mobil olaraq yetişə bilər. Belə ki, Soybot adlanan, Şanon MakMullen və Fabian Vinkler tərəfindən yaradılan bu robot üzərində paxlalı bitkilər yerləşən plantator qutulardan ibarətdir. Sensorlarla təchiz olunmuş bu robot ən yaxşı işıqlandırma şəraitini təyin etmək üçün proqramlaşdırılır. Robot hərəkət etdikcə sensor məlumatlar və onun koordinatları kompüter ekranına ötürülür. Burada, həmçinin gündəlik orta udulan işıq və qət edilən məsafə də göstərilir.

www.news.discovery.com