Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Milli Azərbaycan Tarixi Muzeyinə yeni və nadir eksponat daxil olub
25.02.2015 00:00
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyinə yeni və nadir eksponat daxil olub

AMEA Milli Azərbaycan Tarixi Muzeyinə Səfəvilər dövlətinin banisi, Azərbaycan hökmdarı Şah İsmayılın adından kəsilmiş gümüş sikkə - “sancaq” daxil olub.

İranın cənubunda yerləşən Lar-Larican şəhərində dövriyyədə olan sözügedən sancaq Şah İsmayıl və Şah Təhmasibin dövrünə aiddir. Əşyanın saç sancağına bənzəməsinə baxmayaraq, vaxtı ilə ondan pul vasitəsi kimi istifadə ediblər.

Qeyd edək ki, bu növdə material muzeyin Numizmatika fondunda qorunan yeganə eksponatdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: