AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, professor Nərgiz Quliyeva “Avropa Nəşr Mətbu Evi” mükafat komissiyasının qərarı ilə “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” Qızıl medalı ilə təltif olunub.
N.Quliyeva bu mükafata milli-mənəvi dəyərlərimizin qorunmasında, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, cəmiyyətdəki fəal ziyalı mövqeyinə, etnoqrafiya ilə bağlı apardığı uğurlu tədqiqatlarına, çoxsaylı elmi kitablarına, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında göstərdiyi xidmətlərinə görə layiq görülüb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.