www.science.az
24.02.2015 00:00

AMEA-da soyqırımı hadisələrinə həsr olunmuş sərgi nümayiş etdiriləcək

Martın 2-də AMEA-nın “Azərbaycanlılara qarşı soyqırımların tədqiqi” komissiyası və Folklor İnstitutunun birgə təşkilatçılığı ilə “Soyqırımı xalq yaddaşında” mövzusunda beynəlxalq elmi sərgi-konfransı keçiriləcək.

AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadənin verdiyi məlumata görə, akademiyada ilk dəfə soyqırımı hadisələrinə həsr olunmuş sərgidə AMEA əməkdaşlarının 30-a qədər əsəri nümayiş etdiriləcək. Sərgi çərçivəsində Əməkdar İncəsənət Xadimi Elturan Avalovun Şuşa memarlıq abidələrinə həsr olunmuş, mədəni irsə qarşı soyqırımı aspektində əsərləri də nümayiş etdiriləcək.

Tədbirdə, həmçinin AMEA-nın müxbir üzvü Kərim Kərimovun, AMEA Əlyazmalar İnstitutunun əməkdaşı, peşəkar rəssam Fəxrəddin Əlinin silsilə əsərləri təqdim olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.