Dünya Bankının maliyyə sektoru üzrə nümayəndəsiBenjamin Fox AMEA Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olub.
RSXM-in direktoru, geologiya-mineralogiya elmləri doktoru Qurban Yetirmişliqonağa mərkəzin telemetrik monitorinq şəbəkəsinin işi, aparılan kompleks seysmoloji tədqiqatlar barədə ətraflı məlumat verib.
B.Fox RSXM-də görülən işləri yüksək qiymətləndirib, Dünya Bankının seysmik risklərin qiymətləndirilməsi istiqamətində mərkəzlə birgə layihələrin həyata keçirilməsinə maraqlı olduqlarını bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.