Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.02.2015 00:00
  • A-
  • A
  • A+

Xocalı şəhidləri AMEA Şərqşünaslıq İnstitutunda anıldı

Xocalı şəhidləri AMEA Şərqşünaslıq İnstitutunda anıldı

Fevralın 23-də XX əsrin ən dəhşətli faciələrindən biri kimi tarixə düşən Xocalı soyqırımı qurbanları AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda anıldı.

İnstitutda keçirilən anım tədbirində çıxış edən bu elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva fevralın 26-sının Azərbaycan xalqı üçün çox ağrılı bir gün olduğunu qeyd etdi. İnstitut direktoru Xocalı faciəsinə qədər xalqımıza qarşı törədilən qətliamlar, onların səbəblərindən danışdı, soyqırımla bağlı statistikanı nəzərə çatdırdı.

Xocalı faciəsinin ağır nəticələri barədə danışan G.Baxşəliyeva xalqımızın bu günü böyük hüzn və kədərlə qeyd etdiyini söylədi. O, xocalıların erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşduqlarını, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazdıqlarını bildirdi.

Gövhər Baxşəliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində görülən işlərdən, Xocalı soyqırımının Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyətdən, bu istiqamətdə İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlar səviyyəsində görülən tədbirlərdən danışdı.

Xocalı faciəsinin iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsi olduğunu qeyd edən G.Baxşəliyeva Xocalının səsini bütün dünyaya bəyan etməyin hər bir azərbaycanlının borcu olduğunu qeyd etdi. İnstitut direktoru erməni millətçilərinin tarix boyu xalqımıza qarşı istər Şimali, istərsə də Cənubi Azərbaycanda həyata keçirdikləri soyqırımları barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması sahəsində Şərqşünaslıq İnstitutun əməkdaşlarının gördükləri işlərdən danışdı.

Tədbirdə institutun Din və ictimai fikir tarixi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Esmeralda Həsənova, Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə və başqaları çıxış edərək Xocalı faciəsinin Azərbaycan xalqını sarsıtdığını, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurduğunu söylədilər, xocalıların amansız soyqırım günündə də özlərini əsl qəhrəman kimi apardıqlarını qeyd etdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: