www.science.az
23.02.2015 00:00

Alimlər: Beyin yaşayış yerinin formasına görə dəyişir

Bioloq-alimlər müxtəlif formalı qəfəslərdə yaşayan siçanların koordinat hüceyrələrinin neyronlarını (grid-neyronlar) araşdırıblar.

Mütəxəssislər müəyyən edib ki, ətraf mühit, xüsusən də canlıların yaşayış yerinin forması baş beynə əhəmiyyətli dərəcədə təsir göstərir. Alimlərin bu mövzuya həsr olunmuş araşdırmaları Nature jurnalında çap olunub.

Bioloq-alimlər dairəvi, dördbucaq, üçbucaq, altibucaq formalı qəfəslərdə yaşayan siçanların koordinat hüceyrələrinin neyronlarını (grid-neyronlar) araşdırıblar. Gird-neyronlar insanlara və heyvanlara ətraf mühitdə istiqaməti təyin etməyə imkan verir.

Bu neyronların xüsusiyyəti ondan ibarətdir ki, onların heksaqonal quruluşlu torda təşkil olunmuş aktivizasiya sahələri var. Bir aktivizasiya sahəsi ilə digərləri arasında olan məsafə eynidir, altı qonşu sahələr isə həmişə 60 dərəcə bucaq altında olur.

Lakin alimlər müəyyən edib ki, bu, hər zaman belə olmur. Siçanların yaşadıqları qəfəslərin forması aktivizasiya sahə hüceyrələrinin torunun formasına təsir göstərərək, onların düzgün olan strukturunu “pozur”.

Alimlər koordinat hüceyrələrinin neyronlarının davranışını əks etdirən riyazi modelləri yenidən araşdırmağı planlaşdırır. Nəticədə torun formasının dəyişməsi oraqanizmin məkanda istiqamət təyinetmə bacarığını müəyyən edəcək.

www.segodnya.ua