Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.02.2015 00:00
  • A-
  • A
  • A+

AMEA Fəlsəfə və Hüquq İnstitutunda Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

AMEA Fəlsəfə və Hüquq İnstitutunda Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

AMEA Fəlsəfə və Hüquq İnstitutunda Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Öncə institutun Gənc alim və mütəxəssislər şurası, Həmkarlar Təşkilatı və “Heydər Əliyev məktəbi”nin üzvləri Bakıda Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib, abidə önünə əklil qoyublar.

Tədbiri giriş sözü ilə açan elmi müəssisənin direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə 1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırım cinayətlərini dünya elmi ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb. Bildirib ki, bu məqsədlə rus və ingilis dillərində kitablar, məqalələr dərc olunmalı, beynəlxalq konfranslarda Qarabağ mövzusunda elmi faktlara əsaslanan çıxışlar edilməlidir. Direktor Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2009-cu ildən etibarən həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyasının məqsədyönlü fəaliyyət istiqamətlərindən də danışıb.

İnstitutda Müasir fəlsəfə problemləri şöbəsinin elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Hüseyn İbrahimov Xocalı soyqırımının XX əsrin ən dəhşətli faciəsi olduğunu dilə gətirib. O, 1990-1992-ci illərdə ölkədə olan siyasi vəziyyətdən, faciənin baş vermə səbəblərindən bəhs edib.

Dövlət və Hüquq nəzəriyyəsi, mülki hüquq və mülki proses şöbəsinin müdiri, hüquq elmləri doktoru, professor Habil Qurbanov beynəlxalq arenada Xocalı faciəsinə obyektiv qiymət verilmədiyini söyləyib. Alim Qarabağ hadisələrinin iştirakçısı olmuş, erməni yazıçı-şairi Zori Balayanın “Ruhumuzun dirçəlişi” adlı kitabında Xocalı faciəsi ilə bağlı yazdığı etirafları da səsləndirib.

Tədbirdə institutun elmi işlər üzrə direktor müavini, hüquq üzrə elmlər doktoru, professor Bəhram Zahidov, Politologiya və siyasi sosiologiya şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə və siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev Dağlıq Qarabağ münaqişəsi mövzusunda dolğun faktlara əsaslanan elmi araşdırmaların yazılması ilə bağlı təkliflərini irəli sürüblər.

Sonda Xocalı faciəsi haqqında film nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: