www.science.az
25.11.2013 00:00

2013-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı təsdiqlənib

AR Nazirlər Kabinetinin Sərəncamı ilə ali təhsil müəssisələri və elmi təşkilatların 2013-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı təsdiqlənmişdir.

AMEA elmi müəssisə və təşkilatlarında doktorantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 205 (126 əyani, 79 qiyabi) yer ayrılmışdır. Elmlər doktoru hazırlığı üzrə isə 72 qiyabi yer nəzərdə tutulur. Büdcə hesabına dissertantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 231 və elmlər doktoru hazırlığı üzrə 115 yer müəyyən olunmuşdur.

Qeyd edək ki, qəbul planı noyabr ayının 20-də AMEA Rəyasət Heyətinin iclasında təsdiq edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.