www.science.az
19.02.2015 00:00

NASA alimləri Marsa uçuş üçün “uçan boşqab” yaradıblar

NASA-da ilk dəfə olaraq yeni kosmik qurğunu sınaqdan keçirməyə hazırlaşırlar.

Mütəxəssislərin “aerodinamik şişirdilmiş yüksəksəsli sürət azaldıcı” adlandırdıqları “uçan boşqab” Havay arxipelaqındakı Kauai adasındakı ABŞ-ın Hərbi Hava Qüvvələrlərinin raket poliqonunda iyun ayının birinci yarısında sınaqdan keçiriləcək.

Eksperiment stratosferdə aparılacaq.

Gələcəkdə, konstruktorların təsəvvürlərinə görə, bu qurğunun kosmik gəmilərə quraşdırılması planlaşdırılır – bu öz növbəsində seyrəldilmiş Mars atmosferi şəraitində onların tormozlanmasını və Qırmızı planetin səthinə yumşaq enməsini təmin edəcək.

Qurğunun 6 və 8 metr diametr həcmi olan iki variantının hazırlanması nəzərdə tutulur.

Birinci variant kosmik yük maşınları üçün, ikincisi isə – pilotla idarə edilən gəmilər üçün nəzərdə tutulub.

Konstruksiya 33,5 m diametrli ağır yüklərin Marsa uğurlu enməsini, həmçinin işlək modul, idarə olunan qurğular və ekipajın Yer kürəsinə qayıdışını təmin etməyə kömək edəcək böyük paraşütlə təchiz olunub.

Sınaq zamanı “boşqab” hava şarında 36 kilometr hündürlüyə qaldırılaraq raket mühərrikləri vasitəsilə işə salınacaq.

55 kilometr hündürlüyə qalxaraq səs sürətindən 3,5 dəfə yüksək sürət yığdıqdan sonra, qurğunun sürəti şişirdilmiş tormoz mexanizmi və paraşüt vasitəsi ilə azalmağa başlayacaq.

Aparat Sakit okean sularına enəcək və orada Amerika hərbi dənizçiləri tərəfindən götürüləcək.

www.segodnya.ua