www.science.az
17.02.2015 00:00

AMEA prezidenti, akademik Akif Əlizadə İsrailə səfər edəcək

AMEA prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 23-dən 28-nə kimi İsraildə səfərdə olacaq.

İsrailin Azərbaycandakı səfiri Rafael Harpazın dəvəti ilə baş tutacaq səfərdə AMEA ilə İsrailin Təbiət və Humanitar Elmlər Akademiyası arasında elm və texnologiya sahəsində əməkdaşlığa dair sazişin imzalanması nəzərdə tutulub.

Səfər çərçivəsində İsrailin bir sıra universitetlərində görüşlərin keçirilməsi də planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.