Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Saxta erməni soyqırımı: uydurma və gerçəklik” mövzusunda konfrans keçiriləcək
16.02.2015 00:00
  • A-
  • A
  • A+

“Saxta erməni soyqırımı: uydurma və gerçəklik” mövzusunda konfrans keçiriləcək

10 aprel 2015-ci il tarixdə AMEA İnsan Hüquqları İnstitutunun təşkilatçılığı ilə “Saxta erməni soyqırımı: uydurma və gerçəklik” mövzusunda konfrans keçiriləcək.

Məqsəd ermənilərin əzəli Azərbaycan torpaqlarında dinc əhaliyə qarşı törətdikləri vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılmasıdır.

Tədbirdə soyqırımın tarixi-siyasi kökləri və onun qarşısının alınması yollarına kompleks yanaşma, Xocalı soyqırımına beynəlxalq hüquqi-siyasi qiymətin verilməsi, beynəlxalq hüquqda soyqırımı problemi, terror təşkilatlarının Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı aktları və s. məsələlər müzakirə ediləcək.

Konfransda beynəlxalq təşkilatların təmsilçiləri, millət vəkilləri, müvafiq dövlət qurumlarının nümayəndələri, alimlər, ictimai xadimlər və KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: