www.science.az
13.02.2015 00:00

Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd ediləcək

4 iyun 2015-ci il tarixdə AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində bu elmi qurumun Gənc alim və mütəxəssislər şurasının təşkilatçılığı ilə Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş “Milli dəyərlər və istiqlal uğrunda mübarizələr” mövzusunda elmi konfrans keçiriləcək.

Tədbirdə “Bəxtiyar Vahabzadə və Azərbaycan ədəbiyyatında vətənpərvərlik”, “Bəxtiyar Vahabzadə və Azərbaycan dramaturgiyasında tarixilik”, “İnsan konsepsiyası və bədii qəhrəman”, “Türk dünyası ədəbi əlaqələrinin keçmişi və indisi”, “Müasir Azərbaycan ədəbiyyatında sənətkarlıq problemləri” və s. mövzularda məruzələr dinləniləcək.

Konfransda iştirak etmək istəyənlər 15 aprel 2015-ci il tarixədək məruzə tezislərini Təşkilat komitəsinə göndərə bilərlər.

Məruzə tezislərinin tərtib olunma qaydaları:

- Mətn Microsoft Word for Windows redaktorunda (Times New Roman (Az.latın) şriftilə - 12ppt, sətrlərarası interval – 1,5) yığılır, A4 formatlı standart (210x297 mm) ağ kağızda çap olunur;

- Tezisin mətni 2 səhifəyə qədər olmalıdır;

- Mətnin əvvəlində məruzənin adı, altında müəllifin soyadı, adı və atasının adı, onun altında isə iş yeri və elektron ünvan göstərilməlidir.

Ünvan: Bakı şəhəri, İstiqlaliyyət küç., 53

Tel.: (+994 12) 4923179

E-mail: konfrans_b.vahabzade@mail.ru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.