www.science.az
25.11.2013 00:00

Koreya Texnologiya və Təhsil Universitetinin Texno-İnsan Resurslarının İnkişafı Məktəbi təqaüd proqramı elan edir

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) Azərbaycan Respublikasındakı Nümayəndəliyi AMEA institut və təşkilatlarının bakalavr və daha yüksək dərəcəyə malik, yaşı 38-ə qədər olan əməkdaşlarını 10 fevral 2014-cü il – 3 iyul 2015-ci il tarixlərdə Koreya Texnologiya və Təhsil Universitetinin Texno-İnsan Resurslarının İnkişafı Məktəbi (KOREATECH) tərəfindən təşkil edilən təqaüd proqramında iştirak etməyə dəvət edir.

“Qlobal Texno-İnsan resurslarının inkişafı” mövzusunda keçirilən təqaüd proqramında ingilis dilini mükəmməl səviyyədə bilən (TOEFL, İELTS sertifikatları) şəxslər iştirak edə bilər.

Təqaüd proqamında iştirak etmək istəyən namizədlər 1 dekabr 2013-cü il tarixinədək AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Beynəlxalq əlaqələr idarəsinə müraciət etməlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.