Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Şəki Regional Elmi Mərkəzində keçirilmiş iclasda bir sıra mühüm məsələlər müzakirə edilib
12.02.2015 00:00
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzində keçirilmiş iclasda bir sıra mühüm məsələlər müzakirə edilib

Fevralın 12-də AMEA Şəki Regional Elmi Mərkəzində (ŞREM) ümumi yığıncağın növbədənkanar iclası keçirilib.

Tədbirdə ŞREM-in direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü mərkəzin fəaliyyəti, 2015-ci ildə qarşıda duran vəzifələri haqqında ətraflı məlumat verib.

İclasda AMEA-nın yeni Nizamnaməsinə uyğun olaraq ŞREM-in Nizamnaməsi və Elmi Şuranın Əsasnaməsi məsələləri müzakirə olunaraq qəbul edilib. Müzakirələrdə professor Firədun İbrahimov, biologiya üzrə fəlsəfə doktorları Fərhad Əzizov, Zərbalı Xəlilov və başqaları çıxış edərək təklif və tövsiyyələrini səsləndiriblər.

Tədbirdə ŞREM-in şöbələrində aparılmış tədqiqat işləri və elmi işçilərin AMEA tərəfindən 2014-2020-ci illər üzrə təsdiq edilmiş elmi-tədqiqat işlərinin müasir inkişaf istiqamətlərinə əsasən tərtib edilmiş iş planları təsdiq edilib.

Elmi Şurada, həmçinin Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: