Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

12.02.2015 00:00
  • A-
  • A
  • A+

AMEA Folklor İnstitutu ilə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz arasında əməkdaşlığa dair memorandum imzalanıb

AMEA Folklor İnstitutu ilə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz arasında əməkdaşlığa dair memorandum imzalanıb

AMEA Folklor İnstitutunda AR Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin nümayəndələri ilə görüş keçirilib.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov rəhbərlik etdiyi elmi müəssisəsinin mərkəzlə əməkdaşlıq əlaqələrindən danışıb.

Görüşdə əməkdaşlığı inkişaf etdirmək üçün yeni hüquqi baza yaradılması barədə razılığa gəlinib.

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru, professor Vilayət İsmayılov bildirib ki, mərkəzin Folklor İnstitutu ilə əməkdaşlığı nəticəsində son vaxtlar folklor turizminin ölkəmiz üçün gərəkliliyi meydana çıxıb.

Sonra iki qurum arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi M.İmanov və V.İsmayılov imzalayıblar.

Memorandumda hər iki qurum tərəfindən mövcud qanunvericiliyə, özlərinin nizamnamələrinə uyğun olaraq qeyri-maddi mədəni irsin qorunması, dəstəklənməsi və inkişaf etdirilməsi məqsədilə xalqımızın milli mənəvi sərvətlərinin, mədəni irsinin, folklor nümunələrinin öyrənilməsi, eləcə də ölkədə folklor turizminin inkişafı, qeyri-maddi mədəni irs nümunələrinin qorunması və təbliği üzrə birgə tədbirlərin təşkili qeyd olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: