Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın “Akademkitab” mağazası Mərkəzi Elmi Kitabxananın strukturuna daxil edilib
12.02.2015 00:00
  • A-
  • A
  • A+

AMEA-nın “Akademkitab” mağazası Mərkəzi Elmi Kitabxananın strukturuna daxil edilib

AMEA “Akademkitab” mağazası “Elm” Redaksiya-Nəşriyyat və Poliqrafiya Mərkəzinin tərkibindən çıxarılaraq müvafiq ştat vahidləri ilə birlikdə AMEA Mərkəzi Elmi Kitabxanasının strukturuna daxil edilib. Bu barədə qərar AMEA Rəyasət Heyətinin 11 fevral 2015-ci il tarixli iclasında qəbul edilib.

İclasda bildirilib ki, AMEA-nın “Akademkitab” mağazasının işinin müasir tələblərə uyğunlaşdırılmasına ciddi ehtiyac vardır.

Mağazanın kitabxananın binasında yerləşdirilməsi, onun fəaliyyətinin müasir tələblər səviyyəsində təşkilindən irəli gələn məsələləri həll etmək üçün kitabxananın direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanovaya müvafiq tapşırıqlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: