www.science.az
11.02.2015 00:00

AMEA-nın Quba Regional Elmi Mərkəzi yaradılacaq

Quba şəhərində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Quba Regional Elmi Mərkəzi yaradılacaq. Bu barədə qərar AMEA Rəyasət Heyətinin fevralın 11-də keçirilən növbəti iclasında qəbul olunub.

Bildirilib ki, AMEA Quba Regional Mərkəzinin yaradılması respublikanın şimal bölgəsində elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi və regiondakı elmi-texniki potensialdan geniş istifadə olunmaqla fundamental və tətbiqi araşdırmaların lazımi səviyyədə aparılması, eləcə də şimal bölgəsinin tarixi, arxeоlоgiyası, etnoqrafiyası və təbii ehtiyatlarının tədqiqi üçün daha əlverişli şəraitin təşkil edilməsi zərurətindən meydana çıxıb.

Aqrar elmlər üzrə fəlsəfə doktoru Teyyub Şükürov Quba Regional Elmi Mərkəzinin direktoru vəzifəsini icra edən təyin olunub.

Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevə həvalə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.