www.science.az
11.02.2015 00:00

AMEA-da təhsil prosesinin təkmilləşdirilməsi ilə bağlı müşavirə keçiriləcək

13 fevral 2015-ci il tarixdə saat 14:30-da AMEA-nın Əsas binasında Elm və təhsil idarəsi tərəfindən AMEA-da təhsil prosesinin təkmilləşdirilməsi ilə bağlı müşavirə keçiriləcək.

Müşavirədə AMEA-da təhsil prosesinin təkmilləşdirilməsi ilə bağlı məsələlər, o cümlədən elmlə təhsilin səmərəli inteqrasiyasının təmin edilməsi, AMEA-da magistratura təhsilinin təşkili, istedadlı gənclərin AMEA-nın magistraturasına və doktoranturasına cəlb edilməsi ilə bağlı məsələlər müzakirə olunacaq.

İclasda, həmçinin AMEA-da təhsil prosesində mövcud olan problemlərin aradan qaldırılması, imtahanlarda şəffaflığın təmin olunması, elmi məqalələrin dərc edilməsi zamanı doktorant və dissertantların üzləşdikləri problemlərlə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Müşavirədə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, Təhsil şöbəsinin rəisi, Gənc Alim və Mütəxəssislər Şurasının sədri və AMEA elmi müəssisələrinin doktorant və dissertantları iştirak edəcəklər.

Ünvan: Hüseyn Cavid pr., 115, II mərtəbə

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.