Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.02.2015 00:00
  • A-
  • A
  • A+

AMEA Polimer Materialları İnstitutunda kitabxana istifadəçiləri üçün treninq təşkil edilib

AMEA Polimer Materialları İnstitutunda kitabxana istifadəçiləri üçün treninq təşkil edilib

AMEA Polimer Materialları İnstitutunda (PMİ) bu elm müəssisəsinin kitabxana istifadəçiləri üçün treninq keçirilib.

Treninqi Bakı Dövlət Universiteti elmi kitabxanasının beynəlxalq informasiya mübadiləsinin bölmə müdiri, Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun (AKİK) ölkə üzrə milli əlaqələndiricisi Cəmilə Yusifova aparıb.

Bu münasibətlə keçirilən tədbirdə PMİ-nin direktoru, akademik Akif Əzizov müasir dövrdə internet vasitəsilə informasiya alınmasının əhəmiyyətini qeyd edib. A.Əzizov treninqin gənc alim və mütəxəssislərin fəaliyyətinin səmərəli təşkili istiqamətində xüsusi əhəmiyyətini, AKİK-in beynəlxalq bazalar ilə birgə təşkil edəcəyi təlimlərdə əməkdaşların iştirakının vacibliyini vurğulayıb.

C.Yusifova AKİK-in fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirilib ki, Beynəlxalq Kitabxana İnformasiya Konsorsiumun üzvü olan AKİK kitabxana istifadəçilərinə informasiya əldə etməyə, onların məqalələrinin yüksək reytinqli jurnallarda nəşr olunması və hüquqlarının qorunmasına geniş imkan yaradan təşkilatdır. Bu qurum on ildən artıqdır ki, ölkəmizdə fəaliyyət göstərir.

Həmçinin beynəlxalq elmi bazaların informasiya resursları, məhsulları, xidmətləri və AKİK-in üzvləri üçün təklif olunan eiFL.net-in cari layihələrindən söz açılıb. Təlim iştirakçılarına online axtarış sistemləri, verilənlər bazaları, sərbəst online mənbələrdən axtarış və istifadə qaydaları barədə geniş məlumat verilib, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: