www.science.az
30.09.2013 00:00

AMEA Aşqarlar Kimyası İnstitutu gənc alimlər üçün “Ən yaxşı məruzə” müsabiqəsi elan edir

Kimya üzrə elmi-tədqiqat institutları arasında ilk dəfə AMEA Aşqarlar Kimyası İnstitutu gənc alimlər üçün “Ən yaxşı məruzə” müsabiqəsi elan edib. 

Layihənin məqsədi gənc alimlərin həm beynəlxalq konfranslara hazırlığını, həm də elmi-tədqiqatlara marağını stimullaşdırmaqdır.

 Müsabiqədə iştirak etmək istəyənlər kimyanın aktual problemləri üzrə apardıqları tədqiqat işləri ilə bağlı məruzələrini oktyabrın sonunadək müsabiqənin Təşkilat komitəsinə təqdim etməlidirlər. Çıxışlar ekspertlər tərəfindən qiymətləndiriləcək. 

Qaliblər diplom və pul mükafatları ilə təltif olunacaqlar.

 Məlumatı AMEA Rəyasət Heyəti Mərkəzi Aparatı İctimaiyyətlə əlaqələr şöbəsi yaymışdır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.