Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

09.02.2015 00:00
  • A-
  • A
  • A+

Misir Mədəniyyət Mərkəzinin müdiri Əlyazmalar İnstitutunun qonağı olub

Misir Mədəniyyət Mərkəzinin müdiri Əlyazmalar İnstitutunun qonağı olub

Bakıdakı Misir Mədəniyyət Mərkəzinin direktoru, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi Əhməd Sami əl-Aydi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub.

Görüşdə institutun direktoru, akademik Teymur Kərimli rəhbərlik etdiyi elm ocağının fəaliyyəti barədə qonağa məlumat verib.

T.Kərimli bildirib ki, ərəb və Azərbaycan xalqlarının mədəniyyətini birləşdirən tarixi köklər var. İslami dəyərlərə söykənən bu xalqlar qədim mədəniyyətə malikdirlər. Xalqlarımızın ədəbiyyat və mədəniyyətini öyrənmək üçün sıx əlaqələr qurmağa hər zaman ehtiyac duyuruq.

Sonra akademik institut tərəfindən nəşr edilmiş və Misirin Darül-Kutub Kitabxanasında saxlanılan “Azərbaycan əlyazmaları kataloqu”nu qonağa təqdim edib.

Əhməd Sami əl-Aydi iki qurum arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb. O, qədim yazı nümunəsini institut rəhbərliyinə hədiyyə edib.

Qeyd olunub ki, Misirin Darül-Kutub Kitabxanası ilə institut arasında yeni əlaqələrin qurulması üçün bağlanacaq müqavilə layihəsinin hazırlanmasında Misir Mədəniyyət Mərkəzi yaxından iştirak edəcəkdir.

Sonda misirli qonaq institutun sərgi salonunda qədim əlyazmaların nümunələri ilə tanış olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: