www.science.az
06.02.2015 00:00

Misir Mədəniyyət Mərkəzinin müdiri Folklor İnstitutunda olub

Fevralın 5-də Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Misir Mədəniyyət Mərkəzinin müdiri Əhməd Sami əl-Aydi AMEA Folklor İnstitutunda olub.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov rəhbərlik etdiyi elm ocağının fəaliyyəti haqqında qonağa məlumat verib. O, Misir kitabxanalarında Azərbaycanla bağlı nadir əlyazmaların olduğunu diqqətə çatdırıb. Görüş əsnasında Misir kitabxanaları ilə əlaqə saxlanılması, həmin əlyazmaların surətinin ölkəmizə gətirilməsi və araşdırılması, eləcə də hər iki xalqa məxsus folklor nümunələrinin qarşılıqlı nəşrinə dair fikir mübadiləsi aparılıb.

Qonaq bildirib ki, Misir Mədəniyyət Mərkəzi işini yenidən qurur və Azərbaycanla mədəni əlaqələrin genişləndirilməsini nəzərdə tutur.

Qeyd edək ki, görüşdə akademik Teymur Bünyadov, institutun Xarici Əlaqələr sektorunun müdiri Əli Şamil də iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.