Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Genetik Ehtiyatlar İnstitutunun alimi “Gənclər mükafatı” ilə təltif olunub
04.02.2015 00:00
  • A-
  • A
  • A+

AMEA Genetik Ehtiyatlar İnstitutunun alimi “Gənclər mükafatı” ilə təltif olunub

AMEA Genetik Ehtiyatlar İnstitutunun Gənc alim və mütəxəssislər şurasının sədri Məhəmməd Eldarov AR Gənclər və İdman Nazirliyi tərəfindən təsis edilmiş “Gənclər mükafatı” ilə təltif olunub. Gənc alim bu mükafata 2 fevral – Gənclər Günü münasibətilə 2014-cü ildəki uğurlu fəaliyyətinə görə layiq görülüb.

Qeyd edək ki, hər il Gənclər Günü münasibəti ilə elm, texnika, təhsil, mədəniyyət və incəsənət sahəsində nailiyyətlər qazanmış, respublikamızı xarici ölkələrdə yüksək səviyyədə təmsil etmiş istedadlı və yaradıcı gənclər Gənclər və İdman Nazirliyi tərəfindən təsis edilmiş “Gənclər mükafatı” ilə təltif edilirlər. Məqsəd istedadlı gənclərin əməyini qiymətləndirmək, yaradıcılıq potensialının inkişaf etdirilməsi üçün əlverişli şərait yaratmaq və onların peşəkarlıq səviyyəsinin artırılması istiqamətində stimul yaratmaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: