Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  BƏYANATLAR

YAP AMEA Ərazi Təşkilatının İdarə Heyəti akademik Ramiz Mehdiyevi doğum günü münasibətilə təbrik etmişdir
19.04.2021 16:39
  • A-
  • A
  • A+

YAP AMEA Ərazi Təşkilatının İdarə Heyəti akademik Ramiz Mehdiyevi doğum günü münasibətilə təbrik etmişdir

Hörmətli Ramiz müəllim!

17 aprel tarixində Siz – dövrümüzün görkəmli dövlət və elm xadimi, Ümummilli lider Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin sadiq silahdaşı 83-cü doğum gününüzü qeyd edirsiniz. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan dövlətinin inkişafında və onun müstəqilliyinin qorunub-saxlanılmasında Sizin böyük, əvəzsiz xidmətləriniz var. 49 il ərzində Azərbaycan xalqının və dövlətinin mənafelərinin qorunması naminə yorulmaz fəaliyyətiniz daim ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Çoxsaylı dövlət mükafatları ilə, o cümlədən Azərbaycanın ən ali mükafatı – “Heydər Əliyev” ordeni ilə təltif olunmağınız bunun ən bariz sübutudur.

Sizin Yeni Azərbaycan Partiyasının inkişafında da xidmətləriniz danılmazdır. Uzun illər boyu YAP İdarə Heyətinin üzvü kimi partiyanın nüfuz qazanmasında və möhkəmləndirilməsində Siz öz bilik və bacarığınızı heç zaman əsirgəməmisiniz. Bundan sonra YAP Veteranlar Şurasının üzvü olaraq partiyamızın həyatında fəal iştirak edəcəyinizə əminik.

Bu gün AMEA prezidenti vəzifəsində Sizin qurumun müasirləşdirilməsi istiqamətində apardığınız islahatlar həm Akademiya kollektivi, həm də ictimaiyyət tərəfindən dəstəklənir. Hər kəs Akademiyanın müasir dövrün şərtlərinə uyğunlaşmalı olduğunu qəbul edir və bu yolda atılan addımların zəruriliyini anlayır. Akademiya kollektivi, o cümlədən YAP AMEA Ərazi Təşkilatının üzvləri aparılan islahatların AMEA-nı keyfiyyətcə yeni inkişaf mərhələsinə çıxaracağına əmindir.

Ramiz müəllim, Sizi doğum gününüz münasibətilə təbrik edir, cansağlığı və əzmkar fəaliyyətinizdə uğurlar diləyirik.

Dərin hörmətlə,

YAP AMEA Ərazi Təşkilatının İdarə Heyətinin sədri,

biologiya üzrə fəlsəfə doktoru, dosent Ulduzə Qurbanova

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: