Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Elmi Nəşriyyat Şurasının iclasında mühüm məsələlər müzakirə olunub
03.02.2015 00:00
  • A-
  • A
  • A+

AMEA Elmi Nəşriyyat Şurasının iclasında mühüm məsələlər müzakirə olunub

AMEA Elmi Nəşriyyat Şurasının növbəti iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan şuranın sədri, akademik Urxan Ələkbərov nəşriyyat şurasının fəaliyyəti, 2015-ci ildə qarşıda duran vəzifələri, həmçinin bölmələrdən daxil ediləcək elmi əsərlər haqqında ətraflı məlumat verib. Bildirib ki, AMEA-nın nəşriyyat planına elmin müasir inkişaf istiqamətlərinə uyğun əsərlər daxil edilməlidir. Nəşrlərdə elmi yenilikləri özündə cəmləşdirən və ölkəmizdə qlobal səviyyədə həyata keçirilən iqtisadi, mədəni, siyasi sferada olan uğurlar əks olunmalıdır.

İrəli sürülən məsələ ətrafında şuranın üzvləri – akademiklər Vasif Babazadə, Teymur Kərimli, Vaqif Fərzəliyev, İradə Hüseynova və başqaları çıxış edərək təklif və tövsiyyələrini səsləndiriblər.

Tədbirdə əlyazmaların nəşriyyata qəbul edilməsi qaydaları ilə bağlı da fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, AMEA Rəyasət Heyətinin nəzdində yaradılmış Elmi Nəşriyyat Şurası akademiyada nəşriyyat fəaliyyətinin müasir tələblərə uyğun qurulması, elmi uğurların dünya ictimaiyyətinə çatdırılması, eləcə də çapla bağlı yaranmış problemlərin həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Şuranın daxilində fizika-riyaziyyat və texnika, kimya, yer, ictimai, humanitar və həyat haqqında elmlər bölmələri fəaliyyət göstərir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: