Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Nizami irsinin fəlsəfi problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib
15.04.2021 10:43
  • A-
  • A
  • A+

“Nizami irsinin fəlsəfi problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda “Nizami irsinin fəlsəfi problemləri” mövzusunda beynəlxalq onlayn konfrans keçirilib.

Tədbirdə Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, Rusiya, Ukrayna və Əlcəzairdən Nizami yaradıcılığına dair araşdırmalar aparan mütəxəssislər iştirak ediblər.

Konfransı AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə açaraq tədbirin “Nizami Gəncəvi İli” çərçivəsində baş tutduğunu söyləyib. O, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi fəlsəfəsinə diqqət çəkərək Şərq və Qərb fəlsəfə tarixində ədibin yaradıcılığı ilə bağlı aparılan tədqiqatlarda onun zəngin irsinin hələ də elmi araşdırmalarda öz əksini tapdığını və bundan sonra da onun filosof simasını tam təsvir etmək üçün geniş tədqiqatlara ehtiyac olduğunu vurğulayıb.

Sonra konfransda “Nizami Gəncəvinin milli kimliyi məsələsinə İranda münasibət”, “Nizami Gəncəvi yaradıcılığında reallıq və mistika”, “Nizami Gəncəvinin tarixi-fəlsəfi irsində ideal dövlət ideyası”, “Ərəb tədqiqatçılarının Nizami irsinə marağı: bəzi nümunələr”, “Sözlər boyudunun Nizami Gəncəvinin poetik mirasının fəlsəfəsi”, “Bəşəri ruhun işığını gələcəyə yönəldən dahi”, “Nizaminin “Xəmsə”si ətrafında fəlsəfi improvizasiyalar: “İsgəndərnamə”, “Nizami və Nəvai yaradıcılığında türk mədəniyyətinin təşəkkülü” və digər mövzularda məruzələr dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: