Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanda başqa xalqlarda qarşılığı olmayan nağıl süjetləri tapılıb
03.02.2015 00:00
  • A-
  • A
  • A+

Azərbaycanda başqa xalqlarda qarşılığı olmayan nağıl süjetləri tapılıb

AMEA Folklor İnstitutu tərəfindən həyata keçirilən “Azərbaycanın Qarabağ bölgəsinin folklor nümunələrinin toplanılması, sistemləşdirilməsi, arxivləşdirilməsi və dəyərlənləndirilməsi” layihəsinin 2014-cü il mərhələsi başa çatıb.

Toplanmış materiallar əsasında hər biri 30 çap vərəq həcmində 9 kitabdan ibarət “Qarabağ: folklor da bir tarixdir” toplusu çap edilmiş, “Qarabağ folklorunun problemləri və perspektivləri” mövusunda I beynəlxalq və 3 elmi konfrans keçirilmişdir.

Qeyd edək ki, layihə çərçivəsində bölgədən toplanılmış mifoloji mətn, əfsanə, rəvayət, nağıl, lətifə, atalar sözü, məsəl, bayatı, həmçinin laylalar, oxşamalar, düzgülər, oyunlar, uşaq folkloruna aid digər nümunələr sistemləşdirilərək elmi ictimaiyyətə çatdırılmışdır. İlk dəfə qaçaqlarla bağlı çoxsaylı rəvayətlər əldə edilmiş, Qarabağın bir sıra lətifə qəhrəmanları, peşəkar nağıl söyləyiciləri üzə çıxarılmışdır. Müəyyən edilmişdir ki, 40-dan artıq nağil süjeti Azərbaycanda ilk dəfə toplanıb üzə çıxarılan nağıl süjetləridir və həmin süjetlərin 30-nun beynəlxalq “Aarne-Tompson Kataloqu”nda qarşılığı yoxdur. Digər xalqlarda qarşılığı olmayan həmin nağıllar sırf Azərbaycan nağıllarıdır və müasir folklorşünaslıq elmi üçün əhəmiyyətli tapıntıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: