Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Muzeyin əməkdaşı "Nizami Gəncəvi İli"nə həsr olunan tədbirdə iştirak edib
14.04.2021 10:35
  • A-
  • A
  • A+

Muzeyin əməkdaşı "Nizami Gəncəvi İli"nə həsr olunan tədbirdə iştirak edib

Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar müxtəlif müəssisə və təşkilatlarda tədbirlər, layihələr həyata keçirilir.

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və 2 saylı Uşaq Gənclər İnkişaf Mərkəzi tərəfindən konfrans keçirilib.

Mərkəzin məktəb-teatr dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbir dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunub.

Toplantıda Nizami muzeyinin Təhsil şöbəsinin mütəxəssisi Mehriban Vəliyeva məruzə ilə çıxış edib. Onun Nizami muzeyinin yaranma tarixi və ekspozisiya zənginliyindən bəhs edən məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: