www.science.az
26.11.2013 00:00

AMEA Gəncə Bölməsində Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirildi

AMEA

Gəncə Bölməsində

Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirildi.

Tədbiri giriş sözü ilə açan bölmənin sədri, AMEA-nın müxbir üzvü

Fuad Əliyev

AR Prezidenti cənab İlham Əliyevin müvafiq qərar və sərəncamları ilə neft kapitalının intellekt kapitalına çevrilməsi istiqamətində elm, təhsil, mədəniyyət sahələrində aparılan islahatlardan, gənclərin fəaliyyətinin, mövqeyinin möhkəmləndirilməsi, elmi təfəkkür səviyyəsinin yüksəldilməsi yönündə yaradılmış geniş imkanlardan söz açdı.

Fuad Əliyev bildirdi ki, gənc alim və tədqiqatçılara dövlət səviyyəsində xüsusi diqqət və qayğının göstərilməsi onların müxtəlif elm sahələri üzrə beynəlxalq təcrübəyə yiyələnmələrinə və ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etmələrinə şərait yaratmışdır.

Tədbir iştirakçıları YUNESKO səviyyəsində keçirilmiş dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870, Məhsəti Gəncəvinin yaradıcılığının 900 və ulu öndər Heydər Əliyevin 90 illik yubileylərində gənc alim və mütəxəssislərin fəal iştirakını önə çəkərək, AMEA-nın Gəncə Bölməsinin yaradılması, Gəncə şəhərinin 2012-ci ildə Azərbaycanın, 2016-ci ildə isə Avropanın “Gənclər paytaxtı” seçilməsi, şəhərdə texniki təchizat və bütün infrastrukturu ilə birlikdə möhtəşəm “Gənclər sarayının” inşa olunmasını Prezident İlham Əliyevin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının uğurla həyata keçirilməsi kimi qiymətləndirdilər.

Tədbirdə AMEA Rəyasət Heyətinin 17 oktyabr 2013-cü ildə keçirilmiş iclasında Gənc alim və mütəxəssislər şurasının yaradılmasına dair qəbul olunmuş qərarın gənclərin daha səmərəli fəaliyyət göstərməsinə geniş imkanlar yaradacağı qeyd edildi.

Sonra iclasın gündəliyinə müvafiq olaraq bölmənin yeni yaradılacaq Gənc alim və mütəxəssislər şurasına namizədliyi irəli sürülən gənclər səsvermə yolu ilə üzv seçildi.

Tərkibi 15 nəfərdən ibarət olmaqla bölmənin elmi işlər üzrə müavini t.ü.f.d. Samir Pişnamazzadə Şuranın sədri, Nizami Mərkəzinin elmi işçisi Aynur Mirişli, Arxeologiya və etnoqrafiya şöbəsinin elmi işçisi Elnur Həsənov, Bioloji aktiv birləşmələr laboratoriyasının elmi işçisi İlahə Cəfərova sədr müavinləri, Sara Əzizova isə katib seçildilər.

Sonda çıxış edən professorlar Xəlil Yusifli, Həsənbala Sadıqov, Sevda Qurmanəliyeva və başqaları yeni seçilmiş namizədləri təbrik etdilər, tövsiyyələrini bildirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.