www.science.az
06.04.2021 15:40

İnsan beynində yaşlanmaya qarşı mübarizə mexanizmi aşkar edilib

Salk Bioloji (ABŞ) Araşdırmalar İnstitutunun alimləri insan beyninin sinir hüceyrələrində onları qocalma və zərərdən qoruyan mexanizm tapıb.

Bu yolla onlar DNT replikasiyasının olmamasını (kopyalama) kompensasiya edirlər və beləliklə, ən uzun ömürlü hüceyrələrdir.

Neyronların, insan həyatı boyunca funksiyalarını qoruyaraq, genomdakı ziyanı bərpa etməyi bacardığı məlumdur. Eyni zamanda, yaşlanmaqla genetik bərpanın effektivliyi azalmağa başlayır ki, bu da insanlarda yaşla birlikdə neyro-degenerativ xəstəliklərin yüksək riskini izah edir.

deyerler.org