Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Müasir geosiyasi gəlişmələr və dolların iflası” mövzusunda seminar keçirilib
06.04.2021 14:25
  • A-
  • A
  • A+

“Müasir geosiyasi gəlişmələr və dolların iflası” mövzusunda seminar keçirilib

AMEA-nın İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib.

Seminarı giriş sözü ilə açan müəssisənin direktoru, i.e.d., professor Nazim İmanov tədbirin mövzusu və məruzəçisi barədə məlumat verib.

Sonra AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru Dünyamalı Vəliyev “Müasir geosiyasi gəlişmələr və dolların iflası” adlı məruzə ilə çıxış edib. Tədqiqatçı dünyada baş verən geosiyasi və geoiqtisadi proseslər, dünya iqtisadiyyatına və valyuta bazarına təsir göstərən başlıca amillər, ölkələr arasındakı gizli və açıq nüfuz savaşı, rəqabətin güclənməsi, iqtisadi maraqların toqquşması, Yaxın Şərqdə, Avropa və Asiyada baş verən proseslər, hərbi münaqişələr, regional ticarət maraqları, böyük dövlətlərin qlobal idarəetmədə rolu və dünya iqtisadiyyatına təsir imkanları barədə danışıb. Qeyd edib ki, dünyada, xüsusən də Asiya və Şərq ölkələrində qeyri-sabitlik artmaqdadır ki, bu da dünya iqtisadiyyatına, beynəlxalq iqtisadi münasibətlərə, regional bazarlara və ticarətə ciddi təsir göstərir.

Sonra məruzəçi sualları cavablandırıb, ABŞ, Çin, Rusiya və Avropa ölkələri arasında nüfuz savaşının dünya iqtisadiyyatına həlledici təsiri, ABŞ dollarının dünya iqtisadiyyatında dominant rolu, ölkələrin beynəlxalq ticarətdə dollardan asılılığı, dollardan imtina ilə bağlı çağırışlar və reallıqlar, beynəlxalq hesablaşmaların müasir durumu, nəzəri təhlillər və praktiki qiymətləndirmələr, əsas gözləntilər ətrafında maraqlı və geniş müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: