Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Aşqarlar Kimyası İnstitutu müsabiqə elan edir
06.04.2021 11:25
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutu müsabiqə elan edir

AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası gənc tədqiqatçılar arasında 2021-ci il üzrə “Gənclər üçün akademik Əli Quliyev adına mükafat” müsabiqəsi elan edir.

Müsabiqənin şərtlərinə görə, bu mükafata institutda çalışan və yüksək elmi nəticə göstərən bir gənc tədqiqatçı layiq görüləcək. Qalib institutda gənc alim və mütəxəssislərin 2020-ci il üzrə elmmetrik meyarlar əsasında elmi fəaliyyətin qiymətləndirilməsinin nəticələri əsasında seçiləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: