Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Polimer Materialları İnstitutunda koronavirusa qarşı vaksinasiya davam edir
06.04.2021 10:32
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutunda koronavirusa qarşı vaksinasiya davam edir

AMEA-nın Polimer Materialları İnstitutunda əməkdaşların könüllülük prinsipi əsasında COVID-19 pandemiyasına qarşı vaksinasiyası davam edir. Eyni zamanda mart ayının əvvəlində peyvəndin birinci dozasının vurulduğu əməkdaşlara peyvəndin ikinci dozasının vurulması prosesi də uğurla həyata keçirilir. Müəssisənin əməkdaşlarından peyvend olunanlar arasında əks-göstəriş halları qeydə alınmayıb.

Peyvəndləmə üçün institutda tibb otağı ayrılıb. Otaq zəruri tibbi və gigiyenik avadanlıqlarla təchiz edilib. Burada həkim müayinəsi, qeydiyyat və eyni zamanda peyvəndləmə aparılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: