Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Nobel mükafatı laureatı Rabindranat Taqorun 160 illiyinə həsr olunan konfrans keçiriləcək
05.04.2021 16:07
  • A-
  • A
  • A+

Nobel mükafatı laureatı Rabindranat Taqorun 160 illiyinə həsr olunan konfrans keçiriləcək

5 may 2021-ci il tarixində AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Cəvahirləl Nehru Universitetinin (Hindistan) təşkilatçılığı ilə dünya şöhrətli hind yazarı, ictimai xadim, Nobel mükafatı laureatı Rabindranat Taqorun 160 illiyinə həsr olunan onlayn beynəlxalq elmi konfrans keçiriləcək.

Konfransın əsas istiqamətləri aşağıdakı kimidir:

- Rabindranat Taqorun həyat və yaradıcılığı;

- R.Taqor yaradıcılığı dünya ədəbi-elmi fikrində;

- R.Taqor və Avropa ədəbiyyatı;

- R.Taqor və rus ədəbiyyatı;

- Asiya xalqları ədəbiyyatında Rabindranat Taqor;

- R.Taqor və Azərbaycan ədəbiyyatı.

Məruzələrin tərtibinə dair tələblər:

- Məqalənin əvvəlində ingilis dilində 200-300 söz həcmində xülasə verilməlidir;

- Məqalənin mətni A4 formatda, Word redaktorunda, 12 ölçülü “Times New Roman” şriftində, sətirlərarası 1,5 intervalda olmalıdır;

- Məruzənin adı böyük hərflərlə bold şriftlə, başlığın altında müəllifin adı, soyadı, atasının adı, elmi dərəcəsi (varsa), iş yeri, elektron ünvanı kiçik şriftlə yazılmalıdır;

- Məqalələr 8 səhifədən çox olmamalıdır;

- Məqalələrdə Xülasə, Giriş, Tədqiqat, Nəticə və Ədəbiyyat siyahısı ayrı-ayrı başlıqlarda verilməlidir.

Azərbaycan, türk və ingilis dillərində nəzərdə tutulan konfransa məruzələrin qəbulu üçün son tarix 15 aprel 2021-ci ildir. Məruzələr kitab və pdf halında çap olunacaq. Məruzələri leyla.pirimova@mail.ru ünvanına göndərə bilərsiniz.

Tel.: (+994 12) 5103571, (+994 50) 5545982

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: