www.science.az
30.01.2015 00:00

“İşğal altında qalmış abidələrimiz – tarixi yaddaşın izi ilə” mövzusunda tədbir keçiriləcək

Fevralın 18-də saat 11:00-da Park Inn otelinin “Dan ulduzu” zalında AR Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi və AMEA İnsan Hüquqları İnstitutunun birgə təşkilatçılığı ilə “İşğal altında qalmış abidələrimiz – tarixi yaddaşın izi ilə” mövzusunda konfrans keçiriləcək.

Məqsəd işğal olunmuş tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən dağıdılmış, həmçinin özününküləşdirilməyə cəhd edilən dini abidələrimiz ilə bağlı elmi müzakirə və disskusiyaların aparılması, bu haqda ictimaiyyətin məlumatlandırılmasıdır.

Konfransda millət vəkilləri, müvafiq dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, alim və mütəxəssislər, ictimai xadimlər və KİV nümayəndələri iştirak edəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.