www.science.az
30.01.2015 00:00

“Azərbaycan Respublikasının Milli Atlası” və “Cənubi Qafqaz. 1903-cü il” xəritəsinin təqdimatı keçiriləcək

Fevralın 2-də saat 11:00-da AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə ölkə Prezidenti İlham Əliyevin 20 aprel 2011-ci il və 18 aprel 2012-ci il tarixli Sərəncamlarına əsasən nəşr olunmuş “Cənubi Qafqaz: 1903-cü il” xəritəsinin və “Azərbaycan Respublikasının Milli Atlası”nın təqdimatı keçiriləcək.

Tədbirdə qeyd olunan nəşrlərin tarixi əhəmiyyəti, onların ərsəyə gəlməsində görülmüş işlər haqqında ətraflı məlumat veriləcək.

Ünvan: Bakı şəhəri, H.Cavid pros. 115, AMEA-nın Əsas binası.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.