Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İdarəetmə Sistemləri İnstitutunun alimi beynəlxalq konfransın proqram komitəsinin üzvü seçilib
02.04.2021 15:22
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunun alimi beynəlxalq konfransın proqram komitəsinin üzvü seçilib

İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü Ağasi Məlikov 20-24 sentyabr 2021 ildə Moskva şəhərində keçiriləcək ”Paylanmış kompüter və rabitə şəbəkələri: Nəzarət, hesablama, rabitə” (Distributed Computer and Communication Networks: Control, Computation, Communications) beynəlxalq konfransın proqram komitəsinin üzvü seçilib.

Konfransın əsas ideyası paylanmış kompüter və rabitə şəbəkələrinin nəzəriyyəsi və tətbiqi, riyazi modelləşdirmə, idarəetmə metodları və optimallaşdırılması sahəsində çalışan müxtəlif ölkələrdən olan alim və sənaye tədqiqatçılara fikirlərini bölüşmək, perspektivli inkişafları müzakirə etmək və bu sahədə əməkdaşlığı davam etdirmək üçün bir platforma və forum təmin etməkdən ibarətdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: