Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın müxbir üzvü beynəlxalq konfransın proqram komitəsinin üzvü seçilib
02.04.2021 14:22
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü beynəlxalq konfransın proqram komitəsinin üzvü seçilib

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun 3.1 saylı laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü Kamil Ayda-zadə 22-29 aprel 2021-ci il tarixlərində Rusiyanın Omsk şəhərində keçiriləcək "Tətbiqi riyaziyyat və fundamental informatika" mövzusunda IX beynəlxalq elmi-praktiki konfransın Proqram Komitəsinin üzvü seçilib.

Omsk Dövlət Texniki Universitetinin təşkilatçılığı ilə baş tutacaq konfransın proqramına 3.1 saylı laboratoriyanın əməkdaşlarının 1 plenar və 4 seksiya məruzəsi daxil edilib.

Konfransın onlayn rejimdə keçirilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: